office@britishacademy.az(+994) 55 212 41 51Həftə içi 09:00–21:00 · Şənbə 10:00–16:00

Uşaqlar Üçün İngilis Dili Kursları

6 yaş və yuxarı uşaqlar üçün oyun əsaslı, interaktiv və yaşa uyğun proqram.

Əlaqə saxla

British Academy-də uşaqlar üçün İngilis dili kursları 6 yaş və yuxarı uşaqların yaş xüsusiyyətlərinə uyğun hazırlanmış müasir proqram əsasında tədris olunur. Dərslər uşaqların ingilis dilini əylənərək öyrənməsinə, danışıq bacarıqlarını inkişaf etdirməsinə və dili gündəlik həyatda rahat istifadə etməsinə yönəlib. İnteraktiv metodlar, oyunlar və praktik tapşırıqlar sayəsində öyrənmə prosesi həm maraqlı, həm də effektiv olur.

Niyə British Academy Uşaqlar Üçün İngilis Dili Kursunu Seçməlisiniz?

  • 6 yaş və yuxarı uşaqlar üçün xüsusi hazırlanmış proqram
  • Yaşa uyğun interaktiv tədris metodikası
  • Oyunlar, dialoqlar və praktik fəaliyyətlər
  • Danışıq, dinləmə, oxu və yazı bacarıqlarının kompleks inkişafı
  • Peşəkar və təcrübəli müəllim heyəti
  • Fərdi və qrup dərsləri
  • Müasir tədris materialları

Kursun Müddəti və Dərs Cədvəli

  • Hər səviyyə orta hesabla 1,5–2 ay davam edir.
  • Tələbənin inkişaf tempindən asılı olaraq bəzi hallarda bir səviyyənin müddəti 3 aya qədər uzana bilər.
  • Hər dərs 90 dəqiqə davam edir.
  • Dərs günləri və saatları valideynin və uşağın uyğunluğuna əsasən müəyyən edilir.
  • Fərdi və qrup formatında dərslər təşkil olunur.

Kursun Üstünlükləri

British Academy-də uşaqlar üçün İngilis dili dərsləri yalnız qrammatikanın öyrədilməsi ilə məhdudlaşmır. Tədris proqramı uşaqların ingilis dilində sərbəst ünsiyyət qurmasına, özünəinamla danışmasına və dili gündəlik həyatda tətbiq etməsinə kömək edir. Dərslərdə oyunlar, komanda tapşırıqları, dialoqlar və real həyat mövzuları geniş şəkildə istifadə olunur.

Bu kursun müəllimləri

Beynəlxalq sertifikatlı, təcrübəli müəllim heyəti. Hamısına bax →

Tez-tez verilən suallar

Kurslar 6 yaş və yuxarı uşaqlar üçün nəzərdə tutulub. Uşaqlar səviyyələrinə uyğun qruplara yerləşdirilir.
Valideynin seçiminə uyğun olaraq dərslər həm fərdi, həm də qrup formatında keçirilir.
Hər səviyyə orta hesabla 1,5–2 ay davam edir. Uşağın inkişaf tempindən asılı olaraq bu müddət bəzi hallarda 3 aya qədər uzana bilər.
Dərslər interaktiv metodlarla təşkil olunur. Oyunlar, dialoqlar, praktik tapşırıqlar və real həyat mövzuları vasitəsilə uşaqlar ingilis dilini maraqlı və effektiv şəkildə öyrənirlər.
Bəli. Sertifikat yalnız kursun sonunda keçirilən imtahanda uğur qazanan şagirdlərə təqdim olunur.

Digər istiqamətlər

Hazırsan? Elə bu gün başla.

Ödənişsiz səviyyə təyini və məsləhət üçün müraciət et — komandamız səninlə əlaqə saxlayacaq.