Azərbaycanda yeganə beynəlxalq statuslu ingilis dili mərkəzi olan British Academy ilə dil sədlərini aradan qaldırın! Peşəkar müəllim heyətimiz və Böyük Britaniyanın yerli mütəxəssisləri tərəfindən hazırlanmış xüsusi dərs metodologiyamızla hədəflərinizə daha sürətli çatacaqsınız.
Rəsmi TOEIC imtahan mərkəzi olaraq, tələbələrimizə təkcə dil öyrətmirik, həm də onlara qlobal səviyyədə tanınan beynəlxalq ingilis dili sertifikatı əldə etmək şansı qazandırırıq. Artıq ümumi ingilis dili dərslərimizə qoşulan hər bir tələbəmiz bu beynəlxalq sertifikata sahib ola bilər.
4 Dəfə Daha Sürətli və Effektiv Öyrənmə Metodikası
İngilis dili dərslərimiz xüsusi dərsliklər əsasında tədris olunur. Bu metodika sayəsində siz ingilis dilini sadəcə qrammatik olaraq deyil, eyni zamanda real ünsiyyətdə tətbiq edərək öyrənirsiniz. Dinləmə, oxuma, yazma və danışıq olmaqla 4 əsas dil bacarığını paralel inkişaf etdirərək, ənənəvi metodlardan 4 dəfə daha sürətli nəticə əldə edəcəksiniz.
Bizim Zəmanətimiz: British Academy olaraq, dərslərimizə nizamlı davam edən hər bir tələbəmizin 2 aya danışıq bacarığının (speaking) inkişafına tam zəmanət veririk!
Beynəlxalq CEFR Standartları və Kiçik Qruplar
Dərslərimiz tamamilə beynəlxalq CEFR (Common European Framework of Reference for Languages) standartlarına uyğun olaraq A1, A2, B1, B2, C1 və C2 səviyyələri üzrə qruplaşdırılır. Effektivliyi qorumaq üçün qruplarımız minimal tərkibdə – 3-5 nəfər, maksimum isə 6 nəfər olmaqla təşkil edilir. Bu da müəllimin hər bir tələbəyə fərdi vaxt ayırmasını təmin edir.
Təhsil Paketinizə Daxil Olan Sosial Fəaliyyətlər və Üstünlüklər
Dərslərimizə qoşulan tələbələr yalnız əsas proqramla kifayətlənmir, həm də dil mühitini tam yaşamaq və boşluqları doldurmaq üçün geniş təhsil paketi əldə edirlər. Paketimizə aşağıdakı ödənişsiz fəaliyyətlər daxildir:
Dərs qrafiki: Əsas dərslərimiz həftədə 2 dəfə, hər dərs 90 dəqiqə olmaqla keçirilir.
Teachers of this course
Internationally certified, experienced teaching staff. See all →
Frequently asked questions
Other directions
Biznes İngilis dili kursu
Hüquqşünaslar üçün İngilis dili
Otel və Turizm üçün İngilis dili
Alman dili kursu
Beynəlxalq Sertifikatlı Alman dili
Rus dili kursu
Ready? Start today.
Apply for a free level assessment and advice — our team will contact you.
