office@britishacademy.az(+994) 55 212 41 51Həftə içi 09:00–21:00 · Şənbə 10:00–16:00

Azərbaycanda Yeganə Beynəlxalq Statuslu İngilis Dili Kursu – British Academy

Böyük Britaniya mütəxəssislərinin hazırladığı metodika, rəsmi TOEIC imtahan mərkəzi statusu və 2 aya danışıq zəmanəti.

Contact us

Azərbaycanda yeganə beynəlxalq statuslu ingilis dili mərkəzi olan British Academy ilə dil sədlərini aradan qaldırın! Peşəkar müəllim heyətimiz və Böyük Britaniyanın yerli mütəxəssisləri tərəfindən hazırlanmış xüsusi dərs metodologiyamızla hədəflərinizə daha sürətli çatacaqsınız.

Rəsmi TOEIC imtahan mərkəzi olaraq, tələbələrimizə təkcə dil öyrətmirik, həm də onlara qlobal səviyyədə tanınan beynəlxalq ingilis dili sertifikatı əldə etmək şansı qazandırırıq. Artıq ümumi ingilis dili dərslərimizə qoşulan hər bir tələbəmiz bu beynəlxalq sertifikata sahib ola bilər.

4 Dəfə Daha Sürətli və Effektiv Öyrənmə Metodikası

İngilis dili dərslərimiz xüsusi dərsliklər əsasında tədris olunur. Bu metodika sayəsində siz ingilis dilini sadəcə qrammatik olaraq deyil, eyni zamanda real ünsiyyətdə tətbiq edərək öyrənirsiniz. Dinləmə, oxuma, yazma və danışıq olmaqla 4 əsas dil bacarığını paralel inkişaf etdirərək, ənənəvi metodlardan 4 dəfə daha sürətli nəticə əldə edəcəksiniz.

Bizim Zəmanətimiz: British Academy olaraq, dərslərimizə nizamlı davam edən hər bir tələbəmizin 2 aya danışıq bacarığının (speaking) inkişafına tam zəmanət veririk!

Beynəlxalq CEFR Standartları və Kiçik Qruplar

Dərslərimiz tamamilə beynəlxalq CEFR (Common European Framework of Reference for Languages) standartlarına uyğun olaraq A1, A2, B1, B2, C1 və C2 səviyyələri üzrə qruplaşdırılır. Effektivliyi qorumaq üçün qruplarımız minimal tərkibdə – 3-5 nəfər, maksimum isə 6 nəfər olmaqla təşkil edilir. Bu da müəllimin hər bir tələbəyə fərdi vaxt ayırmasını təmin edir.

Təhsil Paketinizə Daxil Olan Sosial Fəaliyyətlər və Üstünlüklər

Dərslərimizə qoşulan tələbələr yalnız əsas proqramla kifayətlənmir, həm də dil mühitini tam yaşamaq və boşluqları doldurmaq üçün geniş təhsil paketi əldə edirlər. Paketimizə aşağıdakı ödənişsiz fəaliyyətlər daxildir:

Workshops (Dəstək seminarları): Proqram boyu tam başa düşülməyən və ya zəif qalan mövzuların təkrarı və yenidən öyrənilməsi üçün təşkil olunan xüsusi dəstək dərsləri.
Conversation Days (Danışıq günləri): Sərbəst ünsiyyət qurmaq və dil kompleksini qırmaq üçün təşkil olunan xüsusi danışıq klubları.
Listening Days (Dinləmə günləri): İngilis dilində müxtəlif vurğuları və dialoqları daha yaxşı anlamaq üçün xüsusi dinləmə seansları.
Movie Days (Kino günləri): Filmləri orijinal dildə izləyərək həm əylənmək, həm də real danışıq ifadələrini öyrənmək imkanı.
Ödənişsiz PDF Vəsaitlər: Kurs müddətində keçiriləcək proqramın online PDF materialları tələbələrimizə tamamilə ödənişsiz olaraq verilir. (Qeyd: Fiziki dərslik kitabları isə ödənişlidir).

Dərs qrafiki: Əsas dərslərimiz həftədə 2 dəfə, hər dərs 90 dəqiqə olmaqla keçirilir.

Teachers of this course

Internationally certified, experienced teaching staff. See all →

Frequently asked questions

Əsas dərslərimiz həftədə 2 dəfə, hər dərs 90 dəqiqə olmaqla tədris olunur. Qruplarımız fərdi yanaşmanı təmin etmək məqsədilə olduqca kiçik tutumludur: minimum 3-5, maksimum isə 6 nəfərdən ibarət olur.
Böyük Britaniya mütəxəssislərinin hazırladığı xüsusi metodika sayəsində dərslərdə aktiv danışıq mühiti yaradılır. Dərslərə və tapşırıqlara məsuliyyətlə yanaşan hər bir tələbənin 2 ay ərzində ingilis dilində sərbəst ünsiyyət quracağına və danışığının gözəl şəkildə inkişaf edəcəyinə zəmanət veririk.
Bəli! Təhsil paketimizə daxil olan Workshop-lar məhz bu məqsədlə təşkil edilir. Keçilən dərslərdə tam başa düşmədiyiniz, çətinlik çəkdiyiniz və ya zəif qaldığınız mövzuları bu seminarlarda müəllimlərimizlə birlikdə yenidən öyrənib möhkəmləndirə bilərsiniz.
Kursumuzda tədris proqramının online PDF materialları tələbələrə tamamilə ödənişsiz olaraq təqdim edilir. Lakin dərsləri fiziki kitab üzərindən izləmək istəyənlər üçün dərsliklər ödənişlidir.
Tələbələrimizin dil bacarıqlarını hərtərəfli inkişaf etdirmək üçün təhsil paketinə əsas dərslərlə yanaşı ödənişsiz olaraq Workshop (mövzu təkrarı dərsləri), Conversation Days, Listening Days və Movie Days daxildir.

Other directions

Ready? Start today.

Apply for a free level assessment and advice — our team will contact you.

İngilis dili kursu — British Academy